
Adobe Audition 1.5 proqramı vasitəsilə siz bir çox musiqi faylları üzərində müxtəlif əməliyyatlar həyata keçirə bilərsiz. İlk olaraq bu proqramı aşağıdakı yükləmə linkindən yükləyin və daha sonra aşağıdakı şəkilli izahdan istifadə edərək istədiyiniz əməliyyatı həyata keçirməyə çalışın.
Proqramı yüklədikdən sonra aşağıdakı şəkilli izah vasitəsilə proqramdan istifadə edə bilərsiz.
İlk olaraq proqramı açdıqdan sonra File-->Open (Ctrl+o) edirik və açılan open pəncərəsində üzərində əməliyyat aparacağımız faylı seçib proqrama əlavə edirik.

Qısa fasilədən sonra seçdiyimiz fayl açılır. Açıldıqdan sonra Effect menusunda Filters-->Center Channel Extractor ardıcıllığın edirik və açılan kiçik pəncərədə silmək istədiyiniz hissəni seçirik. Orada qarşımıza çıxacaq seçimlərdə vokal, mid və.s seçimlər vardır ki, bunların hansını seçsək əməliyyat da məhz o yöndə gedəcəkdir. Əgər bütöv mahnı sözünü silmək istəyirsinizsə o zaman bu seçimdən yararlanmalı olacağıq.

Daha sonra proqram bizə səsli seçimlər verir ki bu seçimlərdən birini seçirik. Məsələn, acapella , vocal silme , bass silme və.s

Burada istədiyimiz seçimdən istifadə edib öz məqsədimizə görə yönləndirib istədiyimiz nəticəni qısa zaman kəsiyində əldə edə bilərik.

Beləliklə, üzərində əməliyyat apardığımız fayl artıq hazırdır.
Diqqətiniz üçün təşəkkür edirəm !
Hörmətlə : Hüseyn Yusifov (KELBECERLİ)
