
Bu əməliyyatı həyata keçirmək üçün ilk olaraq kompyuterin `Destkop`unda mausun sağ-menu düyməsinə klikləyirik və açılan dialoq pəncərəsində `New`--> `Shortcut` ardıcıllığını edirik.
Bunu etdikdən sonra qarşımıza çıxacaq kiçik diaqloq pəncərəsində-`Create Shortcut` pəncərəsində Shutdown -s -t 00 kodunu yazıb `Next` düyməsinə klikləyirik.
`Next`ə kliklədikdən sonra açılan kiçik pəncərədə `Destkop`da yaranacaq yarlığın-shortcutun adını qeyd edirik. Məsələn, `Shutdown` yazırıq və `Finish` düyməsinə klikləyirik.
Daha sonra ekranda yaranan yarlığın-shortcut`un üzərində mausun sağ-menu düyməsini klikləyirik. Açılan komandaların sonuncusu-Properties komandasını çağırırıq.
Açılan pəncərədə - Shutdown properties pəncərəsində `Change icon` düyməsinə klikləyirik.
Daha sonra açılan `Change icon`pəncərəsində şəkildə gördüyünüz `Shutdown` ikonunu seçirik və ok düyməsinə klikləyirik.
Və nəhayət `destkop`umuzda `Shutdown` düyməmiz hazırdır.
Beləlilə, `destkop`da gördüyünüz bu düyməyə klikləməklə kompyuteri rahatlıqla söndürə bilərik.
Diqqətinizə görə təşəkkür edirəm.
Hörmətlə : Hüseyn Yusifov (KELBECERLİ)
