Dəyərli istifadəçilər bugünki dərsimizdə sizlərə kompyuterimizdə yerləşən istənilən bir şəkli ikon etməyin yolunu öyrədəcəm. Bu daha çox sayt adminstratorlarının işinə yarayacaq. Odur ki, diqqətlə xəbərin ardını izləyin.
Şəkili ikon etmək üçün ilk olaraq kompyuterdə Start --> All programs --> Accessories --> Paint ardıcıllığını edərək Paint proqramını açırıq.
Proqramı açdıqdan sonra File --> Open arıdcıllığını edirik.
Açılan Open pəncərəsində kompyuterdəki üzərində əməliyyat aparaacağımız faylı mövcud olduğu yerdən seçirik və Open düyməsinə klikləyirik.
Faylı açdıqdan sonra bir daha File menusuna müraciət edirik. File-->Save as ardıcıllığını edirik (ctrl+shift+s).
Açılan Save pəncərəsində File name` yazısının qarşısında yazılan faylın adının sonuna .ico yazısını əlavə edirik. Aşağıda olan Save as type bölməsində isə 24 bit Bitmap (*.bmp;*.dib) formatını seçib Save düyməsinə klikləirik. Bununla faylı ikon kimi yaddaşa veririk.
Yaratdığımız ikonu hər hansısa bir qovluğa tətbiq etmək üçünsə aşağıdakı əməliyyatı etmək lazımdır. Qovluğun üzərində mausun sağ-menu düyməsinə klikləyirik və açılan menu seçimlərindən Properties `i seçirik.
Properties pəncərəsində yuxarıda olan üçüncü bölməyə-Customize bölməsinə keçirik. Və aşağıdakı Change icon düyməsinə lklikləyirik.
Açılan Change ikon pəncərəsində şəkildə mausla işarə etdiyim Browse düyməsinə klikləyirik.
Açılmış yeni pəncərədə yaratdığımız ikonun yerləşdiyi yeri (bizdə destkop) və oradakı ikonu seçirik və Open düyməsinə klikləyirik.
Açılan yeni pəncərədə ikonun üzərinə klikləyib Ok düyməsinə klikləyirik.
Yenidən qarşımıza çıxan Properties pəncərəsində Ok düyməsinə klikləyib bu əməliyyatı həyata keçirmiş oluruq.
Beləliklə bu dərsimizdə sadə bir üsulla şəkili ikon edib sopnra onu istədiyimiz qovluğa tətbiq etməyi öyrəndik. Qarşıdakı dərslərimizdə sizlərə daha maraqlı, faydalı dərsliklər təqdim edəcəm. Odur ki, saytımızı ziyarət etməyi unutmayın...
Diqqətinizə görə təşəkkür edirəm.
Hörmətlə : Hüseyn Yusifov
