
Kompyuteri Power düyməsi ilə açmaqdan bezmisiniz?
O zaman bu dərs sizin işinizə yarayacaq. Belə ki, bu dərsdə sizlərə klaviatura və ya maus vasitəsilə kompyuteri amağın yollarını izah edəcəm. Belə ki, diqqətlə xəbərin ardını
oxuyun.
Dəyərli istifadəçilər, bildiyiniz kimi kompyuteri açmaq üçün ən çox istifadə olunan üsul Power düyməsini basmaqdır. Amma bunu başqa yollarla etmək də mümkündür.
Bunun üçün iki seçim mövcudddur : Mausun sağ düyməsi və klaviatura düymələri.
Bu seçimlərdən istifadə etmək üçün diqqətləı yazdıqlarımı oxuyun və ardıcıl olaraq etməyə çalışın. Əvvəlcədən onu da qeyd edim ki, bu əməliyyat kompyuterin
BIOS`unda həyata keçirildiyindən çox diqqətli olmanız gərəkdir.
İlk olaraq kompyuteri Restart edirik və kompyuteri açılmağa başlayandan DELETE (bir çox kompyuterlərdə BIOS`a giriş bu düymə ilə olsa da bəzilərində fərqli
düymələrlə də həyata keçirilir. Belə ki, bu düymə ilə daxil ola bilməsəz F2, F8, F10 və digər F düymələrini sınayın) düyməsini tez-tez (BIOS`a daxil olanadək bu
prosesi davam etdirin) basın. BİOS`a daxil olduqdan sonra oradakı bölmələrdən INTEGRATED PERIPHERALS bölməsinə daxil olun. Bu bölməyə daxil olduqdan
sonra oradakı seçimlərdən Power On Function seçimini seçin. Bunu etdikdən sonra qarşımıza bir neçə seçim çıxacaq. Adətən orada standart olaraq Button Only seçimi
aktiv olur. Yəni bu seçim Power düyməsinin istifadədə olmasını göstırir. Bundan əlavə kompyuteri mausun sağ düyməsi ilə açmaq üçün Mouse Right, klaviatura
düymələrinin köməyi ilə açmaq üçünsə Password seçimini seçmək və oradakı KB Power On Password qismində klaviaturadan beş işarəli kod yazıb klaviatura vasitəsilə
açmaq seçimini aktiv edə bilərik.
