Elə vaxtlar olur ki Kompüterimizi açmaq istəyirik, amma kompüterimiz açılmır.
Açılmaq əvəzinə Sistem Blokundan siqnallar gəlir.
Bizdə bu halda əlacsızlıqdan Kompüteri təmirə aparırıq.
Amma bu elə də çətin problem deyil.
Bu dərsliyimizi oxusaq bunun öhtəsindən özümüzdə gələrik
Sizlərə BİOS-un xəta siqnallarının anlamını təqdim edirəm.
Əgər kompüterimizdə Sistem Blokundan bir neçə ard-arda siqnallar gəlirsə bu Kompüterinizin sizə göndərdiyi mesajdır.
Aşağıdakı siqnalların sayı ilə kompüteriniz problemini özünüz tapa biləcəksiniz.
Fasiləsizı Səs - Güc qaynağı xətası,
Bir çox qısa bip - Ana plata xətası,
1 uzun - Yaddaş təzələnilməsində səhv,
1 uzun 1 qısa - Ana plata və ya BIOS çipi xətası,
1 uzun 2 qısa - Ekran kartı səhvi, (əsasən köhnə kartlardakı DIP switch əsaslıdır)
1 uzun 3 qısa - Ekran kartı səhvi,
2 uzun 1 qısa - Ekran kartı səhvi, (RAMDAC əsaslı)
2 qısa - Yaddaş parity səhvi,
3 qısa - Yaddaşın ilk 64kb-lıq hissəsində səhv,
4 qısa - Timer səhvi,
5 qısa - Prosessor səhvi,
6 qısa - Klaviatura prosessoru səhvi,
7 qısa - Prosessor səhvi,
8 qısa - Ekran kartı yaddaşında oxuma/yazma səhvi,
9 qısa - BIOS ROM səhvi,
10 qısa - CMOS oxuma/yazma səhvi,
11 qısa - Tampon Yaddaş Səhvi