İlk öncə 500x320 ölçülərində yeni ağ səhifə açırıq. Elliptical Marque Tools seçərək şəkildəki kimi bir dairə seçirik. Mənim hazırladığım şəkildə rəng kodu #F05528 kimidir. [Bütün bunları dairəni seçdikdən sonra yeni layer kimi əlavə etdikdən (ctrl+j) sonra edirik.]
Polygonall Lasso Tool ilə aşağıdakı şəkildəki kimi bir hissəni seçirik.
Seçdikdən sonra Polygonall Lasso Tool seçili halda seçdiyimiz hissəyə gəlib sağ düyməni klik edirik. Layer via Cut seçirik.
CTRL+T seçərək layerin tərəfini dəyişib və ona ağ rəng veririk. Blending Options-dan Drop Shadow seçib dəyərləri şəkildəki kimi edirik.