Menyu

Video dərslər

indi saytda olanlar

Son Şərhlər

{topusers2}

Arxiv

Dost saytlar

Reklam



Müəllif: Eliyar Mikayilov | 14 fevral 2011 | photoshop öyrən | Oxunma sayı: 530 | Çap et
Photoshopda Edit bölməsi


Photoshopda Edit bölməsi


Undo-əmri axrıncı yerinə yetirilmiş əməliyyatın ləğv edilməsində əvəzsizdir. Digər proqramlardan fərqli olaraq Photoshopda ləğv etmənin yalnız bir səviyyəsi var.
Cut -əmri təsvirdə seçilmiş fraqmenti kəsib onu buferə yerləşdirir. Dəyişmə buferi bir çox proqramlarda müvəqqəti fayl kimi istifadə olunur. Kəsilmiş təsvir adətən Paste əmri vasitəsilə yeni yerə və ya sənədə yerləşdirilir.
Copy -əmri seçilmiş fraqmentin surətini çıxarır və onu buferə yerləşdirir. Cut əmrindən fərqli olaraq Copy əmri fraqmentin yalnız surətini çıxarır, onu yox etmir.
Copy Merget- əmri bütün görünən qatlardan seçilmiş fraqmentin surətini çıxarır və onu buferdə yerləşdirir. Lakin fraqmentin yeni qata və ya sənədə yerleşdirilməsi zamanı surəti çıxarılmış qatlar bir qatda birləşdirilir.
Paste - əmri dəyişmə buferinin içindəkiləri həmin təsvirin başqa yerinə və ya başqa təsvirdə yeni qata yerləşdirir.
Paste İnfo - əmri buferin içindəkiləri aktiv seçimin tərkibində yerləşdirir, sonra Photoshop seçimi yerləşdriləcək məzmun üçün masqa qatı kimi formalaşdırır. Bununla yanaşı siz yerləşdiriləcək təsvirin seçimi-aktiv bölgəsindən ayrıca-iki qatın birləşdirilməsindən əvvəl yerləşdirməyi və ya redaktə etməyi seçə bilərsiniz.
Clear - əmri seçilmiş fraqmenti təmizləyir. Back space və ya Delete düyməsinin istifadəsi eyni effekti verəcəkdir. Fon istisna olmaqla istənilən qatda seçilmiş bölgəni təmizləyərkən həmin bölgə əsas rənglə doldurulacaq. Fon qatında bölgə fonun öz rəngi ilə doldurulacaq.
Fill - əmri seçilmih və ya rənglə fərqləndirilmiş qatı nümunə yaxud şəkillə doldurulmasında istifadə olunur. Fill əmri bəzən dəyişikliklər edildikdən sonra təsvirin seçilmiş bölgənin yenidən bərpa edilməsində istifadə edilir. Ən çox konkret rənglə seçmənin cəld doldurulmasında istifadə olunur.
Stroke - əmri seçilmiş bölgənin və ya qatın ətrafında müəyyən en və əsas rəngin çərçivəsini yaradır. Seçilmiş bölgəyə tətbiq zamanı çərçivə yaranır. Mətnə tətbiq zamanı kontur yaranır.
Free Transform bu əmr seçim və ya qatın idarə olunmasında istifadə olunur. Free Transform -u seçərkən aktiv seçim və ya qatın ətrafında markerlər olan çərçivə ekrana çıxacaq. Bu markerlərin köməyilə təsviri ölçüləşdirmək, fırlamaq, güzgülü əksini vermək, təhlif etmək və rəngləmək olar. Bütün bu əmrlər Transform-un alt menyusu vasitəsilə də əldə olunandır.
Transform - əmri özündə aktiv seçim və ya qatı idarə edən myxtəlif əmrləri birləşdirir.
Define Patten . Bu əmr sonradan Fill əmri üçün istifadə oluna bilən nüunələr yaradır. Photoshop-u yükləyərkən bir neçə nümunə sizin kompüterə yükləyəcək.
Take Snapshop - əmri aktiv qatın surətini çıxarır və onu sonrakı istifadə üçün ayrıca fayla yerləşdirir.
Take Merged Snapshot bu əmr bütün görünən qatların surətini çıxarır və onu sonrakı istifadə üçün ayrıca fayla yerləşdirir.
Purge ( (RAM)) Purge əmri yox etmənin 5 əmrini birləşdirən alt menyunu ekrana gətirir:
Undo , Clipboard , Pattern , Histories və All . Bu əmrlərin istifadə etdiyi resurs aparan rəqəmli təsvirlərin saxlanılması faylların işi kompüterin işini ləngidə bilər. Purge əmri artıq sizə lazım olmayan müvəqqəti faylları yox etməklə yaddaşı boşaltmağa imkan verir.





Oxşar xəbərlər:
Photoshopda Edit bölməsi
  • Ziyaretcilerinizin size mail gondermek sansi.
  • Barcamp.az
  • Saytınıza və ya bloqunuza türk xəbərləri
  • Gözəl gül kodu
  • Saytınıza gözəl ay-ulduz.
  • Photoshopda Edit bölməsi!
    Photoshopda Edit bölməsi.
    İnformasiya
    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.