Menyu

Video dərslər

indi saytda olanlar

Son Şərhlər

{topusers2}

Arxiv

Dost saytlar

Reklam



Müəllif: Eliyar Mikayilov | 16 fevral 2011 | photoshop öyrən | Oxunma sayı: 678 | Çap et
Photoshop-da New bölməsi


Photoshop-da New bölməsi

New əmri eyniadlı dialoq pənçərəsini açır. Ondan yeni sənədin yaradılmasında da istifadə olunur.Yeni fayl yaratmaq üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır:
1. Menyu sətrindən File-New əmriniseçin.

2. Ekranda New dialoq pəncərəsi görünəcək.Name sahəsi susma rejimində qoyulmuş Untitled başlığını əks edir.Bu sahəyə siz istədiyiniz başlığı daxil edə bilərsiniz.çalışın,fayllarınıza məzmununa uyğun ad verəsiniz ki,lazım gəldikdə faylın adına baxmaqla onun hansı məzmunda olduğunu müəyyən edə biləsiniz.
3. Width vəHeight menyusundan ölçü vahidi kimi pixels seçin.
4. Width və Height sanəsində lazimi ölçüləri daxil edin.Yaxhı olardı ki, Width sahəsi 600 pikseldən, Height isə 300 pikseldən böyük olmasın.
Məsləhət:Monitorların əksəriyyətihər dyuma 72 piksel əks etdirdiyindən Photoşop-un susma rejimində hərdyuma 72piksel genişlənmə seçin.
5. Mode menyusundan RGB variantını seçin.Crayscale rejimini həm çap,həmekran üçün, RGB rejimi yalnız ekran üçün, GMYK rejimini isəçap üçün seçə bilərsiniz.
6. Təsvir üçün uyğun gələn Contents parametrini seçin.Bu tablonu dolduraçaq rəngdir. New dialoq pəncərəsi Contents parametrini seçmək üçün 3 variant təklif edir:
White Fonun rəngini ağ rənglə doldurur.Fonun bu rəngi susma rejimində qoyulmuşdur.
Bakground Color Təsviri çari(və ya axırıncı istifadə olunmuş)fon rəngilə doldurur.
Transparent təsviri heç bir rəngə uyğun gəlməyən:ağ-bozdamalı görünüş verir.Şəffaf fon sonradan başqa təsvirə əlavə edilən təsvirlərinyaradılmasında istifadə oluna bilər.

7. OK düyməsini sıxın.
Open əmri artıq mövçud olan faylı açır. O ekrana Open dialoq rənçərəsini gətirir ki , bu da sizə lazimi faylı tarmağa və secməyə imkan verir.
Open as əmri faylın açılaçağı formatı müəyyənləşdirir.
Close Cari zamanda aktiv olan təsviri bağlayır. Əgər təsvirin bütün dəyişiklikləri yaddaşa daxil edilmişsə pəncərə dərhal bağlanacaq. Əks haldə təsviri bağlamazdan əvvəl sizə bu əməliyyatı yerinə yetirmək təklif olunacaqdır.
Save əmri təsviri yadda saxlayır. Əvvəllər daxil edilməmiş təsvirin yaddaşda saxlanması üçün faylın adını daxil etməklə onun hansı kataloqda yerləşməsini göstərmək lazımdır. Əvvəllər yaddaşa daxil edilmiş təsvirlər üçün Save əmri avtomatik olaraq cari faylda edilmiş ən son dəyişiklikləri yadda saxlayır.
Save əmri faylları onun cari formatındayadda saxlayır.Məsədən,əgər siz JPEG faylını açıb, Save əmrindənistifadə etmisinizsə,onda fayl JPEG formatında qalacaqvə etdiyiniz hər birdəyişiklik ona daxil ediləcək.
Save as əmri təsviri başqa ad altında və ya formatda saxlamağa imkan verir. Siz ilkin faylı olduğu kimi saxlamaqla ,eyni zamanda həmin faylda müəyyən dəyişikliklər aparmaqla yeni sənəd tərtib etmək istəyirsinizsə Save as əmrindən istifadə etmək sərfəlidir.





Oxşar xəbərlər:
Photoshop-da New bölməsi
  • Ziyaretcilerinizin size mail gondermek sansi.
  • Saytınıza və ya bloqunuza türk xəbərləri
  • Gözəl gül kodu
  • Saytınıza gözəl ay-ulduz.
  • Deniz Studiyası
  • Photoshop-da New bölməsi!
    Photoshop-da New bölməsi.
    İnformasiya
    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.