ComboFix proqramı sUBs tərəfindən yaradılmış və kompüterinizdə olan zərərli proqramları (malware) skan edərək tapdıqlarını avtomatik olaraq sisteminizdən təmizləyən güclü bir təhlükəsizlik proqramıdır. USB yaddaşkartlarda daşınaraq kompüterlərə yayılan məşhur zərərli proqramlardan olan amvo.exe, kavo.exe və buna bənzər digər məşhur proqramları, məşhur malware, spyware və trojanları kompüterinizdən silmək üçün istifadə edə biləcəyiniz ən uyğun bir təhlükəsizlik proqramıdır.
Proqramı işlətmədən əvvəl mövcud kompüterin qorumasında istifadə etdiyiniz antivirus və digər bu kimi təhlükəsizlik proqramlarınızı müvəqqəti olaraq deaktiv edin (bu halda əməliyyat daha uğurlu yerinə yetirilmiş olacaq) , daha sonra ComboFixi açıb skan edin. Skan etdikdən sonra proqram özü zərərli faylları tapıb sistemimizdən xaric edəcək