Bildiyimiz kimi istifadəçilərin saytdan asılılığını qorumaq məqsədilə bir çox video saytlarında, o cümlədən Youtube kanalında baxdığımız videoları yükləmək imkanı məhdudlaşdırılır. Bu saytlardan videoları sərbəst şəkildə yükləmək üçün çox yararlı bir proqram olan TubeHunter Ultra proqramını təqdim edirəm.
Proqramın özəlılikləri : İstifadəsi asan interfeys 474 video baxımı saytının dəstəklənməsi Videoları mp3 formatında (videoların səs hissəsinin yüklənməsi) yükləmək imkanı Bir neçə videonu eyni vaxtda yükləmək imkanı Yüklənilən videoların hər birinə xüsusi seçimlərin tətbiqi Avi, Mpeg, Wmv, Mov (QuickTime), Sony Psp, 3GP, Flash Swf, Flv, Mp4, Zune Mpeg-4 formatlarının dəstəklənməsi
Buyurun yükləyin...
İstifadə qaydası
Məsələn, youtube`da baxdığımız hansısa bir videonu yükləmək istəyirik. Bunun üçün ilk olaraq youtubeda yükləmək istədiyimiz videonun səhifəsini açırıq. Və video səhifəsini açdıqdan sonra proqramı açırıq və video səhifəsində f5 düyməsinə klikləyirik, səhifəni yeniləyirik. Səhifə yeniləndikdən sonra qarşımıza proqramın yükləmə pəncərəsi çıxır. Oradakı seçimlərdən videonu convert etmək istədiyimiz formatı seçirik və Download düyməsinə klikləyirik.
Bu dəfəki xəbərimdə bir çox video saytlarında baxdığınız videoları yükləmək üçün proqram və bu proqramdan istifadə qaydasını təqdim etdim. Ümid edirəm ki, işinizə yarayacaq.